İdmançılar üçün istirahət düşərgəsi təşkil olunub

 
Muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi və idmançılarının asudə vaxtını səmərəli təşkil etmək və istirahət etmələrinə şərait yaratmaq məqsədilə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunub. Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurasının tərəfindən birgə təşkil olunan 2 günlük düşərgədə ümumilikdə 50 nəfər iştirak edib. Proqrama əsasən təyin olunan müddət ərzində müxtəlif idman oyunları, müsabiqələr, stolüstü oyunlar, həmçinin Ağbulaq kəndi ərazisinə gəzinti təşkil olunub.
 
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin Mətbuat Xidməti